İtaliya sahilləri yaxınlığında 30 nəfərin cəsədi aşkarlanıb

İtaliya sahilləri yaxınlığında 30 nəfərin cəsədi aşkarlanıb
# 30 iyun 2014 11:13 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. İtaliya hərbi dəniz qüvvələri Sicilya sahilləri yaxınlığında 30-a yaxın cəsəd aşkar edib.

APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qayıqda əsasən Şimali Afrikadan gələn qeyri-qanuni miqrantlar olublar.

Onların oksigen çatışmazlığından öldüyü ehtimal olunur.

İtaliya rəsmiləri bildiriblər ki, təkcə bu həftə 5000-dən çox miqrant İtaliya sahilləri yaxınlığında xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR