Şirvanda maşınını aşıran sürücü ölüb

Şirvanda maşınını aşıran sürücü ölüb
# 02 may 2014 14:12 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda bir nəfərin ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 1-də saat 21:00 radələrində Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi ərazisində şəhər sakini İsmayıl Əzizov idarə etdiyi “VAZ-21154” markalı avtomobili aşırıb.

Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR