Respublika Baytarlıq Laboratoriyasında müayinələrdən keçirilən və qida üçün yararlılığı müəyyən edilən məhsulların statistikası açıqlanıb

Respublika Baytarlıq Laboratoriyasında müayinələrdən keçirilən və qida üçün yararlılığı müəyyən edilən məhsulların statistikası açıqlanıb
# 30 yanvar 2014 14:38 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Respublika Baytarlıq Laboratoriyasında bakterioloji, kimyəvi-toksikoloji, radioloji müayinələrdən keçirilən və qida üçün yararlılığı müəyyən edilərək istifadəyə verilən məhsulların statistikasını açıqlanıb.

Kəndə Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) APA-ya verilən məlumata görə, ötən il ərzində respublikaya 2409 ton qaramal əti, 6858 ton camış əti, 12428 ton quş əti, 20069 ton balıq, 1509 ton quş əti sosiskası, 216 ton quş əti kolbasası, 1349 ton donuz əti, 713 ton donuz piyi, 315 ton süd, 11798 ton süd məhsulları, 5624 ton pendir, 2891 ton quru süd, 7555 ton qatılaşdırılmış süd, 5710 ton mayonez, 12505 ton kərə yağı, 192550522 ədəd damazlıq yumurta, 6778421 baş bir günlük cücə, 4823 ton xama, 65495 kq təbii bal, 3715 ton balıq konservi, 2176 ton it-pişik yemi və s. baytarlıq nəzarətində olan məhsullar idxal olunub.

Baytarlıq nəzarətində olan 1183640 ədəd iribuynuzlu, 12940000 ədəd xırdabuynuzlu heyvan dərisi və dəri tikələri, həmçinin 147131,2 kq mal əti konservi, 93005 kq qoyun bağırsağı, 31900 kq dondurulmuş balıq, 6 baş işlək at, 5795725 kq süd məhsulları, 1332208 kq kərə yağı və s məhsullar ixrac edilib.


Dövlət baytarlıq nəzarətində olan heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması məqsədilə isə respublikanın ticarət bazarlarında fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyalarında aparılan müayinələr nəticəsində 357 kq mal ətinin, 339 kq qoyun ətinin, 293 kq donuz ətinin, 10152 kq daxili orqanların, 452 kq balığın, 2562 kq süd və süd məhsullarının, 723 kq quş ətinin, 49 kq balın və 5247 ədəd yumurtanın istifadə üçün yararsız olması müəyyən edilərək çıxdaş edilib baytarlıq qanunvericiliyinə uyğun zərərsizləşdirilib. Eləcə də dövlət baytarlıq müfəttişliyi xətti ilə dövlət baytarlıq nəzarətində olan 2 obyektdə baytarlıq-sanitariya vəziyyəti araşdırılıb, qanunvericiliklə müəyyən edilmiş qaydada 955 kq mənşəyi məlum olmayan at əti aşkarlanaraq Bakı heyvanat parkına verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR