Azərbaycan və Türkiyənin standartlaşdırma qurumları yeni standartın akkreditasiyası ilə bağlı işlər aparır

Azərbaycan və Türkiyənin standartlaşdırma qurumları yeni standartın akkreditasiyası ilə bağlı işlər aparır
# 25 sentyabr 2013 12:03 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı İSO 17021:2011 standartının tələbləri üzrə Türkiyə Akkreditasiya Qurumu (TürkAk) tərəfindən akkreditasiya olunmaq məqsədilə işləri davam etdirir.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, bununla bağlı sertifikatlaşdırma orqanının fəaliyyətinin müvafiq qaydada auditi keçirilməkdədir.

Sentyabr 27-dək aparılacaq auditi TürkAk-ın ekspertləri həyata keçirir. Onlar AzTEST-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanının fəaliyyəti ilə yanaşı, orqan tərəfindən İSO 9001:2008 standartı üzrə sertifikatlaşdırılmış müəssisələrin fəaliyyətini yoxlayacaq. Həmçinin AzTEST tərəfindən “AKKORD Sənaye-Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Mingəçevir Maşınqayırma Zavodunda keçiriləcək sertifikatlaşdırma xidməti türkiyəli ekspertlər tərəfindən izləniləcək. Sonda nəticələrə əsasən sertifikatlaşdırma orqanının İSO 17021:2011 standartı üzrə akkreditasiya olunması üçün TürkAk tərəfindən qərar qəbul olunacaq.

Məlumat üçün bildirək ki, İSO 17021:2011 beynəlxalq standartı uyğunluğun qiymətləndirilməsi orqanlarına, auditin keçirilməsinə və menecment sisteminin sertifikatlaşdırılmasına olan tələbləri özündə əks etdirir. Bu standart əsasında beynəlxalq akkreditasiya sənədi almış orqanlar müəssisələrdə idarəetmə sistemlərinin müasir tələblər səviyyəsində sertifikatlaşdırılmasını həyata keçirə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR