«28 May» stansiyasının əsas çıxışı gələn həftə açılacaq

«28 May» stansiyasının əsas çıxışı gələn həftə açılacaq
# 13 sentyabr 2013 11:07 (UTC +04:00)

Metropolitendən «APA-Economics»ə verilən məlumata görə, təmir-tikinti işlərinin davam etdiyi müddətdə və mövcud şərait çərçivəsində sərnişinlərin rahatlığını maksimum təmin etmək məqsədilə metropoliten rəhbərliyi stansiyanın Cəfər Cabbarlı meydanı istiqamətində əsas çıxışını yenidən açacaq və sərnişinlərin sentyabrın 16-dan bu çıxışdan da istifadə etməsi üçün şərait yaradılacaq.

Sərnişinlər çıxışdan təhlükəsizliyin tam təmin edilməsi ilə maksimum rahat istifadə etməsi məqsədilə müvafiq hazırlıq tədbirləri görülür.

Qeyd edək ki, sentyabrın 16-dan sərnişinlərin bu istiqamətdən yalnız çıxış üçün istifadə etməsi təmin olunacaq.

Yenidənqurma dövründə sərnişinlərin buna qədər istifadə etdiyi digər giriş-çıxışlar isə əvvəlki kimi fəaliyyət göstərəcək. Sərnişinlər «28 May» stansiyasının Salatın Əsgərova küçəsinə olan ikinci giriş-çıxışından, həmçinin «Cəfər Cabbarlı» stansiyasından həm giriş, həm də çıxış üçün istifadə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR