Ukraynanın şərqində antiterror əməliyyatı dayandırılıb, Kiyev Rusiya qoşunlarının ölkəyə daxil olmasından çəkinir

Ukraynanın şərqində antiterror əməliyyatı dayandırılıb, Kiyev Rusiya qoşunlarının ölkəyə daxil olmasından çəkinir
# 24 aprel 2014 16:36 (UTC +04:00)

Buna səbəb sərhəd yaxınlığında Rusiya hərbi birləşmələrinin cəmlənməsidir.

APA-nın məlumatına görə, bu barədə “Ukrainskaya pravda” nəşrinin güc strukturlarındakı mənbələrə istinadən yaydığı xəbərdə deyilir.

Ukrayna kəşfiyyatının əldə etdiyi məlumatlara əsasən, Rusiya ordusunun Ukrayna ərazisinə daxil olacağı ehtimalı xeyli artıb.

Ukrayna güc strukturlarındakı mənbə həmçinin separatçıların panikada olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR