Ukrayna Müdafiə Nazirliyinə məxsus təyyarə Slavyansk üzərində atəşə tutulub

Ukrayna Müdafiə Nazirliyinə məxsus təyyarə Slavyansk üzərində atəşə tutulub
# 22 aprel 2014 19:29 (UTC +04:00)

Bakı-APA. Ukrayna Müdafiə Nazirliyinə məxsus “An-30” tipli təyyarə Slavyansk şəhəri üzərində müşahidə uçuşu həyata keçirərkən avtomat silahdan atəşə tutulub. APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyindəki mənbə bildirib. Məlumata görə, insident zamanı təyyarəyə bir neçə güllə dəyib, lakin ekipaj idarəetməni itirməyərək təyyarəni təhlükəsiz zonaya yönəldə bilib.

Məlumata görə, atəş nəticəsində füzelyajı zədələnmiş təyyarə Borispol aeroportunda eniş etməyə müvəffəq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR