AFFA hakimə kəllə atan futbolçunu 10 min manat cərimələyib

AFFA hakimə kəllə atan futbolçunu 10 min manat cərimələyib
# 22 aprel 2014 11:35 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda Topaz Premyer Liqasının XXXI turunun görüşlərində baş verən neqativ hallara hüquqi qiymət verilib.

Komitə “Bakı”nın futbolçusu Araujo Santosa ağır cəza verib. “İnter”lə ev oyununda qırmızı vərəqə aldıqdan sonra baş hakim Rəhim Həsənova kəllə atan Etto ləqəbli legioner 10 oyunluq kənarlaşdırılıb və klubunu 10 min manat ziyana salıb.

“Neftçi”nin futbolçusu Araz Abdullayev isə azarkeşləri təhqir etməsinin cəzasını çəkəcək. “Sumqayıt”la ev oyununun sonlarında yol verdiyi hərəkət yarımmüdafiəçinin 3 oyunluq kənarlaşdırılması ilə nəticələnib. “Neftçi” isə 2 min manat ödəməli olacaq.

Bu qarşılaşmada ikinci sarı vərəqə ilə meydandan qovulan uğur Pamuk isə 1 oyunluq cəzalanıb və “Sumqayıt”ı 200 manat xərcə salıb.

“Simurq” – “Qarabağ” matçının 35-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR