Azərbaycanın kommunal strukturları havanın soyumasına hazırlaşıb - İCMAL

Azərbaycanın kommunal strukturları havanın soyumasına hazırlaşıb - <span style="color: red;">İCMAL
# 30 yanvar 2014 12:45 (UTC +04:00)

Bunu nəzərə alaraq «APA-Economics» ölkənin kommunal xidməti göstərən qurumlarından onların hava şəraitinin pisləşməsinə necə hazır olduqlarını öyrənib.

Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyi hava şəraitinin kəskin soyuması nəticəsində istehlakçılarının təbii qazla təminatında heç bir problemin yaranmayacağını qeyd edir. Bunu «APA-Economics»ə açıqlamasında «Azəriqaz» İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirib.

Onun sözlərinə görə, «Azəriqaz» payız-qış mövsümünə hələ ötən ilin yaz aylarında hazırlıqlara başlayıb: «Artıq qurumda 2013-2014-cü illərin payız-qış mövsümü ilə bağlı xüsusi tədbirlər planı tərtib olunub. İstər Bakı şəhərinin rayonlarında, istərsə də regionlarda bununla bağlı müəyyən işlər görülüb. İstismara yararsız qaz xətləri yenilənib, korroziyaya uğrayan xətlər yenidən bərpa olunub».

A.Ağayev bildirib ki, bu tədbirlər planına uyğun olaraq qaz şəbəkəsində nizamlanma işləri aparılıb: «1 500-dən artıq qaz tənzimləyici şkaflar qurulub, 1 774 km qaz xətti yenilənib».

«Azəriqaz» rəsmisi deyib ki, istənilən hava şəraitinə baxmayaraq, istehlakçıların qaza olan tələbatı tənzimlənəcək: «Əgər vətəndaşların qaza olan tələbatı artacaqsa, qurum qazın verilməsini artıracaq».

«Azərenerji» ASC-dən «APA-Economics»ə bildiridib ki, gözlənilən çovğunlu hava ilə əlaqədar əhalinin enerji ilə təminatında heç bir problem yaranmayacaq: «Azərenerji» hər zaman gücləndirilmiş iş rejimində çalışır. Bu səbəbdən də istənilən hava şəraitində əhalinin enerjiyə olan tələbatını ödəməyə qadirdir».

«Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətinin rəisi Tanrıverdi Mustafayev «APA-Economics»ə açıqlamasında bildirib ki, şirkət istənilən hava şəraitinə yüksək səviyyədə hazırdır.

Onun sözlərinə görə, qurum növbətçilik sistemində çalışır: «İstənilən hava şəraitinə baxmayaraq, 24 saat regimində işimizi qurmuşuq. Sutkanın istənilən vaxtında 199 saylı «Qaynar xətt»imiz fəaliyyət göstərir. Əgər hər hansı qəza və ya problem yaranarsa, «Bakıelektrikşəbəkə»nin qəza xidmətləri yaranmış nasazlıqları aradan qaldıracaq».

«Azərsu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə «APA-Economics»ə bildirib ki, qurum Bakı və ölkənin regionlarını kifayət qədər su ilə təchiz edir. Onun sözlərinə görə, təşkilat istənilən hava şəraitinə tam hazırdır: «Azərsu» 24 saat işləyir. Yarana biləcək problemləri aradan qaldırmaq üçün qəza xidmətləri yaradılıb. Bunun üçün xüsusi texnika hazırlanıb və problemi aradan qaldıracaq qüvvə var».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR