DÇ: Kolumbiya Yaponiyanı məğlub edərək 1/8 finalda Uruqvay yığması ilə qarşılaşacaq - VİDEO

DÇ: Kolumbiya Yaponiyanı məğlub edərək 1/8 finalda Uruqvay yığması ilə qarşılaşacaq - <span style="color: red;">VİDEO
# 25 iyun 2014 00:36 (UTC +04:00)

APA TV-nin məlumatına görə, Kolumbiya millisinin yarımmüdafiəçisi Xuan Kuadrado hesabı 17-ci dəqiqədə penaltidən açıb.

Birinci hissənin son saniyələrində Yaponiya yığmasının hücumçusu Sindzi Okadzaki hesabı bərabərləşdirib.

İkinci hissə Kolumbiya yığmasının hesabı darmadağın həddinə çatdırması ilə yadda qalıb. 55-ci dəqiqədə Cekson Martines kolumbiyalıları hesabda irəli çıxarıb. O, 82-ci dəqiqədə dubla imza atıb.

Cekson Martines oyunun əsas vaxtına əlavə edilən dəqiqələrdə özünün üçüncü, komandasının isə dördüncü qolunu vurub. Kolumbiya 4 - Yaponiya 1.

Qarşılaşmanın 85-ci dəqiqəsində kolumbiyalıların qapıçısı, vaxtilə Türkiyə "Qalatasaray"ının əfsanəvi heyətinin üzvü olmuş Fərid Mondraqon meydana çıxıb. Bununla da 43 yaşlı qapıçı dünya çempioanıtının ən yaşlı iştirakçısı olub.

Kolumbiya millisi qrup mərhələsini 9 xalla bitirib. Kolumbiyalılar 1/8 finalda Uruqvay yığması ilə qarşılaşacaqlar

25 iyun


C qrupu


Yaponiya - Kolumbiya - 1:4
Qollar: Okazaki, 45 - Quadrado, 17 (pen); Martines, 55; 82; Rodriqes, 90

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR