Göyçay sakini həmyerlisini qətlə yetirib - VİDEO

Göyçay sakini həmyerlisini qətlə yetirib - <span style="color: red;">VİDEO
# 26 may 2014 07:27 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə mayın 26-da gecə saat 3:00 radələrində Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.

Rayon sakini, 1960-cı il təvəllüdlü Məmmədov Rahim Feyzulla oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmyerlisi, 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Rafael oğluna çoxsaylı bıçaq xəsarətləri yetirib.

Elvin Adıgözəlov Göyçay Mərkəzi rayon Xəstəxanasına aparılarkən aldığı ağır xəsarətlər səbəbindən yolda dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR