Azərbaycan prezidenti sosial müavinətlərin məbləğinin artırılması haqqında fərman imzalayıb

Azərbaycan prezidenti sosial müavinətlərin məbləğinin artırılması haqqında fərman imzalayıb
# 17 mart 2014 16:27 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərin, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərin, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinin, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərin, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərin və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərin rifah halını yaxşılaşdırmaq və onlara dövlət qayğısını artırmaq məqsədi ilə müvafiq fərman imzalayıb.

Fərmana əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanının 1.1.7-ci yarımbəndində “37” rəqəmləri “45” rəqəmləri ilə əvəz edilib.

Fərman 2014-cü il aprelin 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR