Bakıda vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxs barəsində olan cinayət işi məhkəməyə göndərilib

Bakıda vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxs barəsində olan cinayət işi məhkəməyə göndərilib
# 02 may 2014 14:35 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Niyazi Məmmədov tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Aparılmış istintaqla N. Məmmədovun etibardan sui-istifadə etmə və aldatma yolu ilə ayrı-ayrı vətəndaşlardan Nəsimi və Yasamal rayonları ərazisində tikilməkdə olan hündür mərtəbəli yaşayış binalarından onlara mənzil verəcəyi adı ilə ümumilikdə 418 min manat məbləğində, Bakı şəhər sakinindən özünün guya vəzifəyə təyin olunacağını bildirib vəzifəli şəxsə verilməsi adı ilə 100 min manat məbləğində, eləcə də vətəndaşlardan onların övladlarını dövlət qurumlarında işə düzəldəcəyinə yalandan vəd edib aldadaraq ümumilikdə 24 min manat məbləğində vəsaiti ələ keçirərək təkrarən dələduzluq etməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı vurulmuş ziyanın qismən ödətdirilməsi təmin edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR