Quzey Kıbrısın Doğu Akdeniz Beynəlxalq Dövlət Universitetində 1200-ə yaxın azərbaycanlı təhsil alır

Quzey Kıbrısın Doğu Akdeniz Beynəlxalq Dövlət Universitetində 1200-ə yaxın azərbaycanlı təhsil alır
# 17 yanvar 2014 09:52 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Quzey Kıbrısın Doğu Akdeniz Beynəlxalq Dövlət Universitetinin Beynəlxalq Əlaqələr Departamentinin türk dünyası üzrə müşaviri və Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, universitetin Müasir təhsil texnologiyaları və təhsilin idarə edilməsi kafedrasının müdiri, professor Ərsun İşçioğlu və universitetin Dövlət idarəçiliyi bölümünün professoru Dəniz İşçioğlu Bakıda mətbuat konfransı keçiriblər.

APA-nın xəbərinə görə, mətbuat konfransında Quzey Kıbrısda yaşayan və təhsil alan azərbaycanlıların vəziyyəti, universitetdə bu il təhsil almaq istəyən tələbələrin təhsil haqqından azad edilməsi məsələsi, ingilis dilində bir aylıq təhsil almaq imkanları və Azərbaycanla qarşılıqlı təhsil əlaqələri haqqında məlumat verilib.

O. Həsənoğlu bildirib ki, hazırda universitetdə 16 minə yaxın tələbə təhsil alır: “Universitetimiz dünyanın 500 universiteti arasında olan təhsil ocağından biridir və orada 75 ölkədən gələn tələbələr oxuyur. Hazırda universitetimizdə 1200-ə yaxın azərbaycanlı tələbə təhsil alır, 10-dan çox professor və müəllim fəaliyyət göstərir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR