Yəməndə toy məclisinin 27 qonağı daşqının qurbanı olub

Yəməndə toy məclisinin 27 qonağı daşqının qurbanı olub
# 17 avqust 2013 19:52 (UTC +04:00)

Bakı-APA. Yəmən rəsmi qurumların açıqlamasına görə, ölkənin cənubundakı Taiz əyalətində baş vermiş güclü daşqın nəticəsində toy məclisinin 27 qonağı ölüb.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, toy karvanı Vadi Nahla vadisindən keçərkən qəfil gələn güclü sel bir neçə avtomobili aparıb.

Ölənlər arasında qadın və uşaqların da olduğu bildirilir. Məlumata görə, bəy və gəlin xəsarət almayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR