Köhnə avtomobillərin utilizasiyası məsələsi hökumətin gündəmində deyil

Köhnə avtomobillərin utilizasiyası məsələsi hökumətin gündəmində deyil
# 23 aprel 2014 09:39 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA .“Azərbaycanda dövriyyədə olan köhnə avtomobillərin utilizasiyası, yaxud bu avtomobillərin müqabilində kompensasiyanın verilməsi ilə bağlı dövlət proqramının hazırlanması məsələsinə hazırda baxılmır, bu məsələ gündəmdə deyil”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev deyib. O bildirib ki, gələcəkdə bu məsələyə baxıla bilər.

S. Abdullayevin sözlərinə görə, Azərbaycanda yeni neft emalı kompleksinin tikintisi ilə bağlı 1000-ə qədər standart hazırlanaraq qəbul olunacaq: “Artıq institutumuz tərəfindən 100-ə qədər standart hazırlanıb və aprelin sonuna qədər dövlət qeydiyyatına təqdim olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR