Azərbaycan yığması reytinq siyahısında 1 pillə irəliləyib

Azərbaycan yığması reytinq siyahısında 1 pillə irəliləyib
# 05 may 2014 13:15 (UTC +04:00)

Bakı – APA. Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəldə dünyanın 152 yığması yer alıb. Bu komandalardan 105-i əsas siyahıya daxil edilibsə, 45 milli son 2 ildə kifayət qədər oyun keçirmədiyindən cədvələ şərti olaraq salınıb.

Hesabında 1391 xal olan Azərbaycan yığması növbəti dəfə irəliləyişə nail olub. Ötən reytinq cədvəlində 10-cu olan millimiz mövqeyini 1 pillə yaxşılaşdırıb.

Joze Alesionun yetirmələri artıq dünyanın 9-cu komandasıdır. Bu irəliləyişə səbəb isə Yaponiyanın geriləməsidir. Belə ki, asiyalılar “Top-10”u tərk edib.

1. Braziliya - 1928

2. İspaniya - 1915

3. İtaliya - 1771

4. Rusiya – 1739

5. Argentina – 1641

6. Portuqaliya - 1616

7. İran - 1606

8. Ukrayna - 1460

9. AZƏRBAYCAN – 1391

10. Paraqvay - 1384

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR