Notariat hərəkətlərinin aparılması qaydaları dəyişib

Notariat hərəkətlərinin aparılması qaydaları dəyişib
# 01 fevral 2014 09:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edib.

APA-nın verdiyi məlumata görə, dəyişikliyə əsasən notariuslara notariat hərəkətlərinin aparılması üçün lazım olan məlumat və sənədləri idarələrdən, müəssisələrdən və təşkilatlara daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək hüququ verilib.

Müvafiq məlumat və sənədlər notariusun göstərdiyi müddətdə təqdim edilməlidir. Bu müddət bir aydan artıq ola bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR