Bu il Müdafiə Sənayesi Nazirliyinin 5 yeni istehsalat sahəsi açılıb

Bu il Müdafiə Sənayesi Nazirliyinin 5 yeni istehsalat sahəsi açılıb
# 17 dekabr 2013 08:03 (UTC +04:00)

Hazırda həmin istehsalat sahələrində 12,7, 14, 15, 23 və 30 millimetrlik döyüş sursatlarının seriyalı istehsalı həyata keçirilir.

APA-nın xəbərinə görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, yaradılan ikinci istehsalat sahəsində isə bütün növ döyüş sursatlarının təhlükəsiz şəraitdə utilizasiyası aparılır.

Başqa bir istehsalat sahəsində 120 mm-lik minaların, aviasiya bombalarının müasir texnologiya əsasında partlayıcı maddələrlə doldurulması prosesi gedir.

Y. Camalov qeyd edib ki, bundan əlavə, 5 növ kapsulun seriyalı istehsalına başlanıb: “120 mm-lik minaatanların yaradılma mərhələsini başa çatdıraraq onların seriyalı istehsalına başladıq. Eləcə də 5, 45 mm-dən 14,5 mm-ə qədər döyüş sursatlarının mənfi 50, müsbət 50 dərəcəyədək temperaturda sınaqlarının keçirilməsi üçün sınaq mərkəzini yaratmışıq. Hazırda nazirliyin müəssisələrində idarə olunan raketlərin yaradılması istiqamətində elmi-texniki işlər davam etdirilir”.

Nazir, bu il ərzində MSN-in 3 xarici ölkədə tenderlərə qatılaraq qalib olduğunu və gələn ildən həmin ölkələrə ixracat həyata keçiriləcəyini deyib.

Həmin ölkələrin adları açıqlamayan Y. Camalov qeyd edib ki, bu, 2014-cü ildə Azərbaycanın hərbi ixracatını əhəmiyyətli dərəcədə artıracaq.

Nazir onu da deyib ki, gələn il Bakıda keçiriləcək, regionda ilk olan ADEX-2014 Beynəlxalq Müdafiə Sərgisində 21 ölkədən 100-dək şirkət iştirak edəcəyini təsdiqləyib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR