Azərbaycanda əhalinin gəlirləri 5% artıb

Azərbaycanda əhalinin gəlirləri 5% artıb
# 16 may 2014 08:17 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-aprel aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,6% artaraq 12,1 mlrd. manata çatıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onun hər nəfərə düşən həcmi 1 290,7 manat və ya ayda orta hesabla 322,7 manat təşkil edib. Əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 1,4% bəndi üstələyərək 3,3% olub.

Bu dövr ərzində gəlirlərin 70,8%-i son istehlaka, 8,7%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,4%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 18,1%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.


Əhalinin sərəncamında qalan gəlir 11 milyard manat təşkil edib və ötən ilin eyni dövrünə nisbətən 5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR