Paris Azərbaycan Evinin sədri ermənilər tərəfindən döyülməsi ilə bağlı yenidən cinayət işi açılması üçün məhkəməyə müraciət edib - EKSKLÜZİV

Paris Azərbaycan Evinin sədri ermənilər tərəfindən döyülməsi ilə bağlı yenidən cinayət işi açılması üçün məhkəməyə müraciət edib - <span style="color: red;">EKSKLÜZİV
# 09 yanvar 2014 15:00 (UTC +04:00)

M. Fətəliyeva APA-ya açıqlamasında bildirib ki, müraciətində ermənipərəst mövqeyi ilə tanınan parlamentar Fransua Roşebloun və erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülməsi ilə bağlı yenidən cinayət işinin açılmasını istəyib.

Onun sözlərinə görə, bu həftə prosesin yenidən keçirilməsi üçün hakim təyin olunacaq.

M. Fətəliyeva qeyd edib ki, faktla bağlı Paris prokurorluğu tərəfindən cinayət işinin cinayətkarların tapılıb cəzalandırılmadan bağlanması oradakı azərbaycanlıların hiddətinə səbəb olub və cinayətkarların tapılıb cəzalandırılması üçün onlar daha yuxarı instansiyaya müraciət ediblər: “Biz cinayətkarların mütləq cəzalanmasına nail olmaq istəyirik. Hadisədən vaxt ötsə də, bununla bağlı fotofaktlar, videomateriallar və s. var”. Hakim təyin olunduqdan sonra isə məhkəmə prosesinin keçirilmə vaxtı məlum olacaq.

Qeyd edək ki, ötən il fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürosunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə keçirilən “Sumqayıt hadisələrindən 25 il sonra: hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbirdə Azərbaycan diasporu nümayəndələri də iştirak edərək, bu gün Xocalı soyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırıblar. Onların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb olsa da, Azərbaycan diasporunun nümayəndələri qətiyyət nümayiş etdirərək, Sumqayıtda baş verən hadisələrlə bağlı səsləndirilən fikirlərin heç bir tarixi fakta əsaslanmadığını bildiriblər. Bundan sonra Fransa parlamentinin üzvü Fransua Roşeblounun təhriki ilə iştirakçılar Azərbaycan diasporunun rəhbəri və azərbaycanlı tələbəyə hücum edərək, onları vəhşicəsinə döyüblər. Tədbir iştirakçıları, o cümlədən Fransa parlamentinin toplantıda iştirak edən deputatları bu vəhşiliyin qarşısını almaq üçün heç bir cəhd göstərməyiblər. Bununla bağlı Paris prokurorluğunda cinayət işi açılsa da, bu yaxınlarda iş yetərli sübut tapılmaması səbəb göstərilməklə bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR