Qax rayonunda baş verən yanğın nəticəsində iki nəfər xəsarət alıb - VİDEO

Qax rayonunda baş verən yanğın nəticəsində iki nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 09 may 2014 07:12 (UTC +04:00)

Qax. Vüqar Heydərov – APA. Mayın 8-də axşam saat 22.00 radələrində Qax şəhərində, C. Cabbarlı küçəsi döngə 4, ev 1 A ünvanında Adil Mikayılova məxsus yaşayış evinin həyətində tikilmiş ümumi sahəsi 88 kvadratmetr olan köməkçi tikilidə yanğın baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə yerinə FHN-nin Qax rayon Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib.

Yanğınsöndürənlər hadisə yerinə çatana kimi ev sahiblərinin və qonşuların cəld hərəkət etməsi nəticəsində alovların böyüməsinin qarşısı alınıb və yanğın məhdudlaşdırılıb. Ancaq yanğın baş verən zaman evdə olan ev sahibin bacısı övladları - qardaş-bacı olan iki nəfər qol və ayaq nahiyələrindən yanıq xəsarətləri alıblar. Yanıq xəsarətləri alanlar, qonşuların və yaxınların köməyi ilə evdən çıxarılıb.

Yanğın zamanı xəsarət alan 16 yaşlı Famil Hacımuradov və onun bacısı, 17 yaşlı Müslümət Hacımuradova dərhal Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri alan hər iki yaralının xəsarətləri yüngül olduğundan onlar ilkin yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı FHN-nin Qax rayon DYMX-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR