DİN Bakı küçələrində SPİD-li qadın və kişilərin gəzməsi barədə məlumatlara münasibət bildirib

DİN Bakı küçələrində SPİD-li qadın və kişilərin gəzməsi barədə məlumatlara münasibət bildirib
# 14 aprel 2014 15:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi (DİN) bir sıra xəbər portallarında yayılan “Bakı küçələrində SPİD-li qadın və kişilər gəzir” sərlövhəli xəbərlərə münasibət bildirib.

Bununla bağlı APA-nın sualını cavablandıran nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyilənləri təkzib edərək bu xəbərlərdə yazılanlarla bağlı DİN-in aidiyatı idarəsi tərəfindən Türkiyə Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin Asayiş Baş İdarəsinə müvafiq sorğu göndərildiyini və alınmış rəsmi cavabda Batman Əmniyyət Müdirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərdən heç birinin Azərbaycan vətəndaşı olmadığı bildirilib.

Qeyd edək ki, “Haqqın.az” saytı Türkiyənin Batman vilayətində polisin keçirdiyi əməliyyat nəticəsində fahişəliklə məşğul olan 5 əcnəbi qadının saxlanılması barədə məlumat yayıb. Saxlanılanlar arasında bir azərbaycanlının da olduğu bildirilir. Əcnəbilərin müayinəsi zamanı onlardan birinin QİÇS virusunun daşıyıcısı olduğu aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR