Masallıda mağazadan oğurluq edən dəstə üzvləri yaxalanıb - FOTO - VİDEO

Masallıda mağazadan oğurluq edən dəstə üzvləri yaxalanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 14 mart 2014 12:40 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Masallı polisi bir neçə gün öncə baş vermiş oğurluq faktının üstünü açıb. Bu barədə APA-nın cənub bürosuna Masallı Rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinin rəisi, polis mayoru Elçin Fərəcov məlumat verib.

Onun sözlərinə görə, Masallı şəhər sakini Mirzəbi Nəbi oğlu Qurbanov polis şöbəsinə ərizə ilə müraciət edərək, şəhərin Heydər Əliyev küçəsində yerləşən ona məxsus “Soliton Beko” məişət avadanlıqları mağazasından naməlum şəxs və ya şəxslər tərəfindən qapını sındırmaqla oradan ümumi dəyəri 4949 manat olan müxtəlif növ fotoaparatların, mobil telefonların, bank kartlarının oğurlandığını bildirib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri sayəsində sözü gedən oğurluq hadisəsində şübhəli bilinən Masallı şəhər sakini, 1995-ci il təvəllüdlü Allahqulu Firdovsi oğlu Mehdiyev yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Polisə verdiyi ilkin ifadəsində A.Mehdiyev təqsirini boynuna alaraq, oğurluq faktını yetkinlik yaşına çatmamış Masallı şəhər sakinləri - 1997-ci il təvəllüdlü Orxan Şirvan oğlu Həsənov və 1998-ci il təvəllüdlü Orxan İbrahim oğlu Əlirzayevlə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında törətdiyini bildirib. Mağazadan oğurlanan əşyalar maddi sübut kimi götürülərək istintaq materiallarına əlavə olunub.

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4 maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR