BDU-da innovasion elmi istiqamətlər üzrə xüsusi mərkəzin yaranması planlaşdırılır

BDU-da innovasion elmi istiqamətlər üzrə xüsusi mərkəzin yaranması planlaşdırılır
# 11 dekabr 2013 09:44 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov universitetin bir qrup professor-müəllim heyəti ilə Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı ərazisində “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodunda olub.

BDU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər Sumqayıt Texnologiyalar Parkının (STP) fəaliyyəti ilə tanışlıqdan başlayıb və Texnoparkın icraçı direktoru Sahib Musayev qonaqları STP ilə tanış edib.

Daha sonra rektor Abel Məhərrəmov və nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkı ərazisində “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodu ilə tanış olublar.

A. Məhərrəmov bildirib ki, BDU-da də innovasion elmi istiqamətlər üzrə xüsusi mərkəzin (parkın) yaranması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR