Lukaşenko: “Belarus Ukraynaya yardım etməyə hazırdır”

Lukaşenko: “Belarus Ukraynaya yardım etməyə hazırdır”
# 15 may 2014 14:22 (UTC +04:00)

APA-nın “Belta” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın Minskdəki səfiri Mixail Yejel ilə görüşü zamanı Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Ukraynaya maneçilik törədilməsə və kömək edilsə, bu, çox nüfuzlu ölkə olacaq. Bəlkə də kimsə istəmir ki, Ukrayna güclü olsun. Lakin bu, nə mənim, nə də Belarus xalqının mövqeyidir”, - deyə o vurğulayıb.

Lukaşenko hazırda Ukraynada baş verən proseslərin tezliklə bitməyini arzuladığını bildirib.

“Biz istəyirik ki, Ukrayna vahid dövlət kimi inkişaf etsin, bizim Ukrayna olsun. Heç vaxt təsəvvür belə etmirik ki, Ukrayna Belarus əleyhinə hansısa mövqe tutsun. Ukraynanı hansısa bloklara çəkmək, onun ərazisinə istər bu, istər də o tərəfdən hansısa qoşun yeritmək lazım deyil”, - deyə Lukaşenko fikrini tamamlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR