Vaqif Səmədoğlunun 75 illik yubileyi qeyd olunub - VİDEO - FOTOSESSİYA

Vaqif Səmədoğlunun 75 illik yubileyi qeyd olunub - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 05 iyun 2014 17:33 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlunun 75 illik yubileyi qeyd olunub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirib ki, Vaqif Səmədoğlunun yaradıcılığı Azərbaycan ədəbiyyatının təkrar olunmaz səhifəsidir: “Mən onu uzun illərdir tanıyıram. Xüsusilə qeyd etmək istəyirəm ki, ölkədə cərəyan edən hadisələrə Vaqif Səmədoğlu həmişə obyektiv qiymət verib və düzgün mövqe tutub. Onun fitri istedadı və təvazökarlığı ictimaiyyət tərəfindən hörmətlə qarşılanıb”.

R. Mehdiyev prezident İlham Əliyevin Vaqif Səmədoğluna ünvanlanan təbrik məktubunu və şairin “İstiqlal” ordeni ilə təltif olunması haqqında sərəncamını oxuyub.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar V.Səmədoğlu haqqında xatirələrini danışıb, şairin yaradıcılığı haqqında fikirlərini bildirib: “Əziz Vaqif, sən doğrudan da şöhrətpərəst deyilsən, amma istiqlalpərəstsən. Azərbaycanı istiqlaliyyətə aparan yolda yazıçıların böyük rolu olub. Bu çətin yolda sənin atan Səməd Vurğun, qardaşın Yusif Səmədoğlu böyük işlər görüb. Ədəbiyyata gəldiyin ilk gündən yeni sözlər, təkrarsız poeziya yaratmısan”.

Daha sonra çıxış edən millət vəkili Nizami Cəfərov, rejissor Ramiz Həsənoğlu və digərləri V.Səmədoğlunu təbrik edib, ona ürək sözlərini çatdırıblar.

Yubileydə şairin şeirlərinə bəstələnmiş mahnılar ifa olunub.

Vaqif Səmədoğlu "İstiqlal" ordeni ilə təltif olunmasına görə prezident İlham Əliyevə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR