Qəbiristanlıqda qardaşı oğlu tərəfindən bıçaqlanan Gədəbəy sakini 5 gün sonra xəstəxanada ölüb

Qəbiristanlıqda qardaşı oğlu tərəfindən bıçaqlanan Gədəbəy sakini 5 gün sonra xəstəxanada ölüb
# 27 noyabr 2013 15:14 (UTC +04:00)

Gədəbəy Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə noyabrın 22-də rayon qəbiristanlığında qeydə alınıb.

Rayon sakini, 1998-ci il təvəllüdlü Anar Əvəz oğlu Məmmədov münaqişə zəminində əmisi, 1974-cü il təvəllüdlü Əsəd Çoban oğlu Məmmədovu bıçaqlayıb.

Ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Ə. Məmmədov bu gün xəstəxanada ölüb.

Hadisəni törədən A. Məmmədov tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR