Prezident Qəbələ Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılması haqqında sərəncam imzalayıb

Prezident Qəbələ Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılması haqqında sərəncam imzalayıb
# 17 avqust 2013 16:12 (UTC +04:00)

APA-nın xəbərinə görə, sərəncamda deyilir ki, Qəbələ şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin və rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Qəbələ Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılsın.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR