“Neftçi” Qazaxıstan və Albaniya klubları ilə qarşılaşacaq

“Neftçi” Qazaxıstan və Albaniya klubları ilə qarşılaşacaq
# 29 dekabr 2013 15:02 (UTC +04:00)

Bakı – APA. Premyer Liqanın sonuncu qalibi “Neftçi”nin qış fasiləsində yoxlama matçı keçirəcəyi rəqiblərdən ikisinin adı bəllidir. Apasport.az saytının məlumatına görə, yanvarın 12-dən 27-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək “ağ-qaralar”ın Qazaxıstan və Albaniya təmsilçiləri ilə qarşılaşacaqları dəqiqləşib.


Belə ki, “Neftçi” yanvarın 15-də “Partizani”, 19-da isə “Aktobe” ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Neftçi” Antalyada 4 yoxlama matçı keçirməyi planlaşdırır. Digər 2 rəqibin tapılması yönündə hazırda iş gedir. Namizədlər arasında Avstriyanın "Admira Vakker", Ukraynanın "Çernomorets", Almaniyanın "Karlsrue" və Türkiyənin "Karabükspor" klubu var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR