MSK “exit-poll” keçirmək istəyən 3 təşkilatın müraciətini qəbul edib - VİDEO

MSK “exit-poll” keçirmək istəyən 3 təşkilatın müraciətini qəbul edib - <span style="color: red;">VİDEO
# 27 sentyabr 2013 13:26 (UTC +04:00)

APA-nın xəbərinə görə, MSK sədrinin müavini Natiq Məmmədov prezident seçkilərində “RƏY” Monitorinq Mərkəzi, “Proqnoz” Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzi və “Konstitusiya” Araşdırmaları Fondunun “exit-poll” keçirilməklə bağlı müraciətləri haqqında məlumat verib. O bildirib ki, “exit-poll” keçirmək üçün müraciət etmiş qurumların bu funksiyanı həyata keçirməsində heç bir problem yoxdur.

MSK açıq səsvermə yolu ilə hər üç təşkilatın müraciətini qəbul edib.

MSK katibi Arifə Muxtarova Cəmil Həsənlinin MSK-dakı səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən komissiyaya müraciət daxil olduğunu söyləyib. Onun sözlərinə görə, müraciətdə deyilir ki, Azərbaycan telekanalları Seçki Məcəlləsinin tələblərini pozaraq prezidentliyə namizədlərin təbliğatını aparır: "Müraciət daxil olandan sonra seçki mütəxəssisləri tərəfindən araşdırılıb və heç bir nöqsan aşkar olunmadığı üçün müraciət ərizəsi geri qaytarılıb".

Məsələ MSK-da səsə qoyulub və müraciət qəbul edilməyib.

İclasda Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsinin və vəkil edilmiş şəxsləri qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR