Yetmiş minə yaxın gənc ilk dəfə seçkidə iştirak edəcək - FOTO

Yetmiş minə yaxın gənc ilk dəfə seçkidə iştirak edəcək - <span style="color: red;">FOTO
# 23 sentyabr 2013 08:43 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. “Bu il ilk dəfə olaraq təxminən 70 minə yaxın gənc seçkidə iştirak edəcək. Prezident seçkilərində isə ilk dəfə iştirak edən gənclərin sayı 500 minə yaxındır”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin rəhbəri Rövzət Qasımov verib.

R. Qasımov deyib ki, seçki günü – oktyabrın 9-da 150 gənc seçicinin 18 yaşı tamam olacaq və bu gənclərin də səsvermədə iştirakı təmin olunacaq: “Biz bununla bağlı bəzi layihələr hazırlayırıq. Bu, artıq xüsusi statusun onlara şamil olunmasıdır. Yəni bununla da onlar tam hüquqlu vətəndaş qismində ölkə həyatında gedən bütün proseslərdə iştirak edəcəklər”.

R. Qasımov qeyd edib ki, MSK Gənclər və İdman Nazirliyi ilə bu istiqamətdə bir sıra tədbirlər həyata keçirir: “Yaxın vaxtlarda bu mövzuda xüsusi çarxlar da nümayiş etdiriləcək. Bu çarxlar gəncləri seçkilərdə fəal olmağa çağırır. Bütün bunlar MSK-nın gənc seçicilərimizi fəal seçici, vətəndaş olmağa təşviq etməsidir, onları xüsusi olaraq, onlarda seçkilərə diqqət aşılamaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR