Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNİCEF-lə əməkdaşlığın perspektivləri müzakirə olunub - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNİCEF-lə əməkdaşlığın perspektivləri müzakirə olunub  - <span style="color: red;">FOTO
# 13 noyabr 2013 07:02 (UTC +04:00)

Bakı-APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Uşaq Fondunun (UNİCEF) Baş ofisinin Proqramlar Departamentinin müdir müavini Kristian Salazar Volkman və UNİCEF-in Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Mark Herevardla görüş olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ölkədə uşaqların müdafiəsi sahəsində aparılan islahatlar prosesində UNİCEF-lə əməkdaşlığın xüsusi önəm daşıdığını vurğulayıb. Qeyd olunub ki, UNİCEF-lə səmərəli əməkdaşlıq şəraitində icra olunan proqramlardan söz açan nazir müavini bildirib ki, hazırda bu təşkilatın Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq yeni inkişaf mərhələsindədir.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə UNİCEF-in Azərbaycan nümayəndəliyi arasında əməkdaşlığın mövcud vəziyyəti, birgə icra olunan proqramlar nəzərdən keçirilib, respublikada uşaq hüquqlarının müdafiəsi sahəsində prioritet layihələrdə UNİCEF-lə əməkdaşlığın gücləndirilməsi, gələn ilin may ayında Azərbaycanda uşaq hüquqlarına həsr olunmuş beynəlxalq konfransın keçirilməsi və s. məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR