İrəvanda hərbi hospitalda döyülmüş erməni əsgərləri izolyatora salınıblar

İrəvanda hərbi hospitalda döyülmüş erməni əsgərləri izolyatora salınıblar
# 08 noyabr 2013 08:53 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. İrəvanda hərbi hospitalda həkim zabitlər tərəfindən döyülmüş Ermənistan Ordusunun əsgərləri izolyatora salınıblar.

APA-nın məlumatına görə, noyabrın 5-də «Kanaz» hərbi-klinik hospitalında döyülən əsgərlərdən David Markosyan «Joxovurd» qəzetinə bildirib ki, hazırda təzyiqə məruz qalmış iki əsgər hərbi polisin izolyatorunda saxlanılır. O və başqa bir əsgər isə yenidən hospitala qaytarılıb: «Aro yataqdan durmur. Bizə dedilər ki, çox pis vəziyyətdədir. Arşak və Razmik isə izolyatordadır, onlara hospitala qayıtmağa icazə vermirlər».

Qeyd edək ki, noyabrın 5-də «Kanaz» hərbi hospitalının rəisi Saak Ohanyan, diş texniki Armen Ovsepyan və psixoloq Vaqinak Ovanisyan tərəfindən döyülən 4 əsgər adıçəkilən hospitaldan qaçıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR