Ermənistanda Hərbi Akademiya açılacaq

Ermənistanda Hərbi Akademiya açılacaq
# 08 iyun 2013 12:17 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Gələn il Ermənistanda Hərbi Akademiya açılacaq. APA-nın news.am saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan-Azərbaycan sərhədində təşkil olunan mətbuat konfransında Ermənistan müdafiə naziri Seyran Ohanyan bildirib.

Onun sözlərinə görə, akademiyada təhsil alanlar əməliyyat-strateji hazırlığı keçəcək. Burada veriləcək hərbi təhsil magistr dərəcəsində uyğun sayılacaq. Nazir qeyd edib ki, son vaxtlar orduda peşəkar çavuşların sayının artırılmasına xüsusi diqqət yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR