Əbülfəs Qarayev Qubada vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Qubada vətəndaşları qəbul edəcək
# 01 iyul 2013 12:25 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 10-da Qubada vətəndaşların qəbulunu keçirəcək.

APA-nın məlumatına görə, qəbulda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar iştirak edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə (şənbə və bazar günləri daxil olmaqla) əlaqə saxlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR