Ermənistanda yol qəzası törədən Gümrü şəhər polis idarəsinin rəisi yoldaşı ilə xəstəxanaya yerləşdirilib

Ermənistanda yol qəzası törədən Gümrü şəhər polis idarəsinin rəisi yoldaşı ilə xəstəxanaya yerləşdirilib
# 10 noyabr 2013 04:48 (UTC +04:00)

Bakı-APA. Ermənistanın Araqatsot vilayətində noyabrın 9-da yol qəzası nəticəsində Gümrü şəhər polis idarəsinin rəisi yoldaşı ilə xəstəxanaya yerləşdirilib. APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Əçmiədzin (Ağkilsə)-Marqara-Vanadzor (Qarakilsə) yolunda “Nissan” və “QAZ 3110” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Nissan” markalı avtomobilin sürücüsü Sarkis Martirosyan və avtomobildə olan sərnişin Nunik Qriqoryan müxtəlif bədən xəsarətləri ilə Aştarak xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, Sarkis Martirosyan Gümrü şəhər polis idarəsinin rəisi, Nunik Qriqoryan isə - onun həyat yoldaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR