Nazim Süleymanov: “Rusiya ilə oyunda da qələbə qazanmaq istəyirik”

Nazim Süleymanov: “Rusiya ilə oyunda da qələbə qazanmaq istəyirik”
# 14 oktyabr 2013 12:15 (UTC +04:00)

Bakı-APA. “Biz bu oyuna yaxşı hazırlaşırıq. Sabah qələbə qazanmaq istəyirik. Rusiya yığmasının futbolçularının güclü və zəif cəhətləri meydanda görünür. Ona görə də diqqətli olmalısan”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının məşqçisi Nazim Süleymanov deyib.


Yığmamız sabah DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirəcək. Komandamızın rəqibi Rusiya millisidir. Matçdan bir gün öncə, yəni bu gün “Sheraton Baku Airport Hotel”də mətbuat konfransı təşkil edilib. KİV nümayəndələrinin önünə baş məşqçimiz Berti Fosts deyil, uzun müddət Rusiyada top qovan köməkçisi Nazim Süleymanov, Aslan Kərimov və futbolçularımız çıxıblar.

Süleymanov bildirib ki, futbolçularımız Rusiya Premyer Liqasında oynaya bilərlər: “Bizim oyunçular Rusiyada oynaya bilər. Sadəcə, istək olmalıdır. Qol vurmaq üçün zərbə, zərbə vurmaq üçün isə istək olmalıdır. Rusiyada futbolçuların sürəti artıb. Biz oynadığımız dövrlə müqayisədə maliyyə baxımından da yüksəliş var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR