ABŞ ordusunun Avropadakı Qoşunlar Komandanlığı Ukraynada çoxmillətli hərbi təlim keçirəcək

ABŞ ordusunun Avropadakı Qoşunlar Komandanlığı Ukraynada çoxmillətli hərbi təlim keçirəcək
# 14 mart 2014 07:58 (UTC +04:00)

Bu barədə APA Pentaqonun rəsmi orqanı olan «Star & Stripes» qəzetinə istinadən məlumat verib.

Lvov vilayəti ərazisində keçirilməsi planlaşdırılan hərbi təlimdə məqsəd regional sabitliyin və təhlükəsizliyin təmini üçün tərəfdaşlıq potensialının gücləndirilməsi, NATO və tərəfdaş dövlətlər arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi və inam gücləndirilməsidir.

«Rapid Trident-2014» təlimində Ermənistan, Azərbaycan, Bolqarıstan, Kanada, Gürcüstan, Almaniya, Moldova, Polşa, Rumıniya, Böyük Britaniya və Ukraynadan hərbçilərin iştirakı gözlənilir.

Qeyd edək ki, ötən il keçirilmiş iki həftəlik eyni adlı təlimdə müxtəlif ölkələrdən 1300 hərbçi iştirak edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR