Bakıda kadr hazırlığı və əmək məhsuldarlığına həsr olunmuş konfrans keçirilib - FOTOSESSİYA - VİDEO

Bakıda kadr hazırlığı və əmək məhsuldarlığına həsr olunmuş konfrans keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 19 dekabr 2013 08:36 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Peşə standartlarının hazırlanması (DİOS) layihəsi üzrə aparılan işlər davam etdiriləcək: «Bununla kifayətlənməyəcəyik və daha sonra onları Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasına təqdim edəcəyik. Bununla bağlı Konfederasiyanın da ideyaları nəzərə alınacaq», - deyə S.Müslümov bildirib.


Nazir qeyd edib ki, bu peşə fəaliyyəti bununla bağlı milli standartların yaradılmasını zəruri edir: «Hesab edirəm ki, peşə standartlarını qavrayan işçilərə sertifikatlar verilməlidir. Bu işi isə akkreditasiyadan keçmiş orqanın etməsi daha məqsədəuyğundur».

Qeyd edək ki, konfrans çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, «Azersun Holding» və «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC arasında işçi qüvvəsinə olan tələb və təkliflə bağlı operativ məlumat mübadiləsinin aparılması, peşə və kvalifikasiya standartlarının hazırlanması və tətbiqi, həssas əhali qruplarının məşğulluğuna kömək göstərilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi üzrə əməkdaşlıq memorandumu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR