Bu gündən vətəndaşların həqiqi hərbi xidmətə çağırışı başlayıb

Bu gündən vətəndaşların həqiqi hərbi xidmətə çağırışı başlayıb
# 01 aprel 2014 09:28 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Bu gündən Azərbaycan vətəndaşlarının Silahlı Qüvvələrə və qanunvericiliklə nəzərdə tutulmuş digər hərbi birləşmələrdə həqiqi hərbi xidmətə çağırışı başlayıb. APA-nın məlumatına görə, aprelin 30-dək davam edəcək proses çərçivəsində 1996-cı ildə doğulmuş və çağırış gününədək 18 yaşı tamam olmuş, habelə 1979-1995-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılır.

Çağırışçılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəsmi internet saytında (www.seferberlik.gov.az) elektron xidmətlər bölməsinə özləri barədə müvafiq informasiyanı daxil etməklə, göndəriləcəkləri hərbi hissə barədə məlumat ala bilərlər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR