Təhsil naziri cənub zonasının vətəndaşlarını qəbul edəcək

Təhsil naziri cənub zonasının vətəndaşlarını qəbul edəcək
# 14 oktyabr 2013 16:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşların qəbulu 19 oktyabr saat 11:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində həyata keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya “Elektron müraciət” bölməsihttp://www.edu.gov.az/view.php?lang=az&menu=contacts vasitəsilə qeydiyyatdan keçə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR