Bərdədə yaşayış evində yanğın olub, 5 nəfər xəsarət alıb

Bərdədə yaşayış evində yanğın olub, 5 nəfər xəsarət alıb
# 21 aprel 2014 20:31 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bərdə rayon mərkəzindən 13 km aralıda yerləşən Kətəlparaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında ev əşyaları 12 kv.m sahədə yanıb.

Yanğın zamanı 5 nəfər xəsarət alıb. Yanğın, yanğınsöndürənlər hadisə yerinə çatana kimi qonşular tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR