Azərbaycanda çörəklərin paketlənməsi işlərinə başlanıb

Azərbaycanda çörəklərin paketlənməsi işlərinə başlanıb
# 09 aprel 2014 09:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu- APA-Economics. Azərbaycanda çörəklərin paketlənməsi işlərinə başlanıb.

APA-Economics”in məlumatına görə, bunu bu gün Xəzər Avropa Klubunun (CEİBC) təşkil etdiyi görüşdə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov söyləyib.

Onun sözlərinə görə, bu işdə çox böyük irəliləyiş var: “Həm çörəyin paketlənməsində, həm də daşınmasında böyük irəliləyişlər var. Bu məsələlər tədricən hamısı həll yolunu tapacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR