Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 25 fevral 2014 06:12 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 24-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,62 dollar və ya 0,6% artaraq 1 barelə görə 102,82 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, fevralın 24-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,79 dollar və ya 0,7% artaraq 110,64 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR