Qubada kənd təsərrüfatının sınaq siyahıyaalınması aparılıb

Qubada kənd təsərrüfatının sınaq siyahıyaalınması aparılıb
# 04 iyul 2014 14:48 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Quba rayonunda kənd təsərrüfatının sınaq siyahıyaalınması başa çatıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sınaq siyahıyaalınmasında rayonun 6 inzibati ərazi dairəsi üzrə 2 000 təsərrüfat, 7 kənd təsərrüfatı müəssisəsi əhatə olunub. Siyahıyaalmaya 20 nəfər sayıcı, 2 nəfər ehtiyat sayıcı, 2 nəfər nəzarətçi və 4 nəfər operator cəlb olunub.

Bu ilin martın 5-də Quba rayon icra hakimiyyətində sınaq siyahıyaalınmasının keçirilməsi ilə əlaqədar şəhər və kənd inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyə sədrləri və digər əlaqədar təşkilatların iştirakı ilə geniş müşavirə keçirilib.

Sınaq siyahıyaalma növbəti ildə aparılacaq ümumrespublika siyahıyaalınmasına yaxşı təcrübə olub, hazırlanmış proqram təminatı, çıxış cədvəlləri və s. təşkilati işlər sınaqdan keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR