AMİP bələdiyyə seçkilərinə hazırlığa başlayıb

AMİP bələdiyyə seçkilərinə hazırlığa başlayıb
# 01 oktyabr 2014 12:34 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının növbəti iclası keçirilib. Partiyadan APA-ya verilən məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət və dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı müzakirələr aparılıb.

İclas iştirakçıları bələdiyyələrin statusunun artırılması, onların yerlərdə real yerli hakimiyyətə çevrilməsi üçün siyasi partiyalar, vətəndaş cəmiyyətləri və cəmiyyətin digər təbəqələri ilə müzakirələrin keçirilməsi istiqamətində birlikdə mübarizə aparmağın zəruriliyini diqqətə çatdırıblar. Siyasi Şura üzvləri tərəfindən yekdilliklə bələdiyyə seçkilərində iştirakın vacibliyi vurğulanıb.

İclasda bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar AMİP Siyasi Şurası, Mərkəzi Şurası üzvlərinin və partiya katiblərinin regionlara nəzərdə tutulan səfərləri və növbəti il üçün yerli təşkilatların qarşısında duran vəzifələrlə bağlı müvafiq qərarlar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR