Türkiyənin Azərbaycandakı səfiri: “Həqiqəti tarixi faktlarla sübut edəcəyik”

 Türkiyənin Azərbaycandakı səfiri: “Həqiqəti tarixi faktlarla sübut edəcəyik”
# 24 aprel 2015 08:09 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.


Səfir bu günlərdə Türkiyə dövlətinə qarşı qaralama kampaniyasının aparıldığını bildirib: “Azərbaycan prezidenti İlham Əliyev bu tarixi günü Türkiyədə bizimlə birlikdə qeyd edir. İki dövlətin prezidentləri, o cümlədən iki ölkənin xalqları arasında əlaqələr bu gün özünün ən yüksək mərhələsindədir. Bu gün həm də bizim ortaq tariximizə qarşı qaralama kampaniyası aparılır. Buna görə də dərdlərimizi birlikdə dünyaya çatdırmalıyıq. Qaralama kampaniyasına təəssüf edirik, amma dünyaya küsmədən, həqiqəti tarixi faktlarla sübut edəcəyik. Türkiyə prezidenti və baş nazirinin açıqlamaları buna örnəkdir. Bu məsələni obyektiv şəkildə incələmək istəyənlər varsa buyursunlar, biz buna hər zaman hazırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR