Azərbaycanda sənaye işçilərinin əmək haqqı 9% artıb

Azərbaycanda sənaye işçilərinin əmək haqqı 9% artıb
# 20 oktyabr 2014 14:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın sənaye sahələrində çalışan muzdlu işçilərin sayı əvvəlki illə müqayisədə 0,7% artaraq 183,3 min nəfər təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onların orta aylıq əmək haqqı isə 9,4% artaraq 703,7 manata çatıb.

İşçilərin 36,4 mini mədənçıxarma, 91,4 mini emal, 29,9 mini elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 25,6 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində cəmləşib.

Əmək haqlarının daha yüksək artımı emal bölməsinin rezin və plastmas məmulatların, içki, poliqrafiya fəaliyyəti, qida məhsullarının, avtomobil və qoşquların, kağız və karton istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri, sair nəqliyyat vasitələrinin, əczaçılıq məhsullarının, elektrik avadanlıqlarının, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların, tütün məhsullarının istehsalı müəssisələrində müşahidə olunub.

Qeyri-dövlət sənaye müəssisələrində işçilərin orta aylıq əmək haqqı 13,3% artaraq 851,6 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR