Hacıqabul-Bəhrəmtəpə yolunun yenidən qurulması işləri davam etdirilir - FOTO

Hacıqabul-Bəhrəmtəpə yolunun yenidən qurulması işləri davam etdirilir - <span style="color: red;">FOTO
# 17 aprel 2013 08:28 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ümumi uzunluğu 112,5 km olan Hacıqabul-Bəhrəmtəpə yolunun yenidən qurulması işləri davam etdirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, ikinci texniki dərəcəli iki hərəkət zolaqlı yolda 5 heyvan keçidi, 1 yerüstü piyada keçidi, 11 yeni körpünün, 187 ədəd müxtəlif diametrli borunun tikintisi və 1 körpünün əsaslı təmiri nəzərdə tutulub.

Sözügedən yolun Hacıqabul-Bulaqlı hissəsində ikiqat asfalt-beton örtük vurulub, Bulaqlı-Bəhrəmtəpə hissəsinin 20 km-də isə torpaq işləri və ikiqat asfalt-beton örtüyünün vurulması başa çatdırılıb. Demək olar ki, layihə üzrə işlərin 60%-i yerinə yetirilib. Layihənin bir hissəsinin 2013-cü ildə, ümumilikdə isə 2014-cü ildə istismara verilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR